Pakistan Mülki Aviasiya İdarəsi çərşənbə axşamı günü Ərəbistan dənizi üzərində beş heyət üzvünü daşıyan təyyarənin radarlardan itdiyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Sözügedən təyyarə yerli “K2 Airways” aviaşirkətinə məxsus Boeing 737 təyyarəsi idi.
Təyyarə BƏƏ-nin Şarja şəhərindən Karaçiyə yük reysi həyata keçirirdi.
Yerli vaxtla təxminən saat 21:18 radələrində hava hərəkəti dispetçerləri naviqasiya avadanlığının nasazlığını aşkar etdilər. Üç dəqiqə sonra təyyarə sürətlə hündürlüyü itirməyə başladı və qəfildən kursunu dəyişdi. Qısa müddət sonra radio əlaqəsi və radar işarəsi yoxa çıxdı.
Hadisənin təyinat limanından təxminən 287 kilometr qərbdə baş verdiyi güman edilir.
Tahir Turan
Globalinfo.az