ABŞ yeddi ölkənin vətəndaşlarının ölkəyə girişinə tam qadağa tətbiq edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev “RİA Novosti” agentliyinə açıqlamasında məlumat verib.
Qadağa Burkina-Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leone vətəndaşlarına şamil olunacaq.
Ağ Evin bildirdiyinə görə, Laos və Syerra-Leone ilə bağlı daha əvvəl qismən məhdudiyyətlər mövcud idi, lakin yeni qərarla həmin ölkələrin vətəndaşları üçün ABŞ-a giriş tam şəkildə dayandırılacaq.
Qərarın səbəbləri və tətbiq müddəti ilə bağlı əlavə detallı məlumat verilməyib.
Tahir Turan
Globalinfo.az