Həsən Nəsrullanın şəxsi mühafizəçisi öldürüldü

photo 2025 06 21 19 41 29

İsrailin İrana endirdiyi hava zərbəsi nəticəsində “Hizbullah”ın keçmiş Baş katibi Həsən Nəsrullahın mühafizəçisi Əbu Əli əl-Xəlil həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Arabiya” televiziya kanalı məlumat yayıb.

İsrailin “Channel 12” kanalı da hücumda Əbu Əli əl-Xəlilin oğlu Heydər əl-Müsəvi və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəstəklədiyi İraq yaraqlılarından “Qatayib Sayyid əl-Şühəda”nın yüksək vəzifəli üzvünün öldürüldüyünü bildirib.

Aysel Əliyeva
Globalinfo.az