Hərbi cinayətlərdə şübhəli bilinən sabiq prezident vəfat edib

Serbiyanın sabiq Prezidenti Milan Milutinoviç vəfat edib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri İvitsa Daçiç məlumat yayıb.

Bildirilir ki, o, 81 yaşında dünyasını dəyişib.

“Serbiya Respublikasının sabiq Prezidenti Milan Milutinoviçə son salamlar”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, Milutinoviç 1997-2002-ci illərdə Serbiyaya rəhbərlik edib.

1942-ci ildə anadan olan siyasətçi keçmiş Yuqoslaviyanın xarici işlər naziri olub. O, 1990-cı illərdə etnik albanlara qarşı hərbi cinayətlərdə şübhəli bilinib.