Həmid Herisçinin son durumu açıqlandı – YENİLƏNİB

1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada davam etdirilir.

Globalinfo.az bildirir ki, bu barədə Sabunçu Tibb Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Həmid Herisçinin səhhətində müsbət dinamika müşahidə edilir, vəziyyəti orta ağırdır.

Qeyd edilib ki, Həmid Herisçinin vəziyyəti TƏBİB və Azərbaycan Mətbuat Şurasının rəhbərliyinin diqqətindədir.

***11:05

“Aparıcı Həmid Herisçinin səhhətində heç bir irəliləyiş yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

“Həmid Herisçinin vəziyyəti ağır olaraq qalır”.

Xatırladaq ki, aparıcı Həmid Herisçi qızılcaya yoluxub. O, ötən gün xəstəxanaya yerləşdirilib.