HƏMAS Qəzza zolağının şimalına nəzarəti itirib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Daniel Haqari bildirib.
Haqari minlərlə sakinin Qəzza zolağının cənubuna köçdüyünü qeyd edib:
“Bu gün 50 minə yaxın əhali Qəzzanın şimalını tərk edib. Çünki onlar başa düşürlər ki, HƏMAS artıq bu əraziyə nəzarət etmir və anklavın cənubu daha təhlükəsizdir. Sabah ordu mülki əhalinin Qəzza zolağının cənubuna təhlükəsiz keçidinə icazə verəcək”.