HƏMAS-dan İsraillə çərçivə sazişinə CAVAB

HƏMAS hərəkatı Qəzza zolağında hərbi əməliyyatların dayandırılması müqabilində israilli girovların azad edilməsinə dair çərçivə razılaşması ilə bağlı Qətər və Misirə cavab verib.

Globalinfo.az xəbər verir ki, müvafiq bəyanat hərəkatın Telegram kanalında dərc olunub.

“Həmas bir müddət əvvəl çərçivə razılaşması ilə bağlı cavabını Qətər və Misirdəki qardaşlarına çatdırdı. Bu, qərar hərəkatın rəhbərliyi səviyyəsində, eləcə də digər müqavimət qüvvələri ilə məsləhətləşmələr əsasında verildi”.

Məlumata görə, HƏMAS saziş layihəsinə müsbət reaksiya verib. Hərəkat Misir və Qətər başda olmaqla Fələstin xalqına qarşı  təcavüzü dayandırmağa çalışan digər  ölkələrin rolunu yüksək qiymətləndirdiyini vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az