İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq meri Əkrəm İmamoğlu 55 yaşını məhkəmə zalında qeyd edib.
Globalinfo.az xəbər verir ki, Partiya yoldaşları siyasətçiyə ad günü münasibətilə tort gətirsələr də, təhlükəsizlik əməkdaşları tortun məhkəmə binasına daxil edilməsinə icazə verməyiblər.
Hadisə zamanı çəkilən görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və minlərlə istifadəçi tərəfindən paylaşılıb. Viral olan kadrlarda İmamoğlunun tərəfdarlarının ona dəstək nümayiş etdirdiyi görünür.
Sosial media istifadəçiləri hadisə ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.
Qeyd edək ki, Əkrəm İmamoğluya qarşı iki ittiham irəli sürülmüşdü. Onun korrupsiya işi ilə bağlı həbs edildiyi bildirilir.
Xatırladaq ki, ittiham tərəfinin vəsatətində “silahlı terror təşkilatına yardım etmək”, “cinayətkar təşkilat yaratmaq”, “tender nəticələrini saxtalaşdırmaq” və “rüşvət alma” iddiaları var.
Tahir Turan
Globalinfo.az