HƏMAS girovların ikinci qrupunu azad etməsə İsrail döyüşləri bərpa edəcək

Fələstinin HƏMAS radikal hərəkatı yerli vaxtla gecə yarısına qədər (Bakı vaxtı ilə 02:00) girovların ikinci qrupunu azad etməsə, İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa etməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 13-cü kanalı təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi deyib ki, İsrail ordusu bütün girovlar azad edilənə qədər Qəzzanı tərk etməyəcək: “HAMAS ilə atəşkəsdən sonra İsrail hərbçiləri dərhal Qəzza zolağına zərbələr endirməyə qayıdacaq”.

 

“Biz bütün girovları qaytarana qədər bu səyləri dayandırmaq niyyətində deyilik, istəmirik və buna hazır deyilik… Onları geri qaytarmaq bizim mənəvi borcumuzdur”, – general vurtulayıb.

Qeyd edək ki, HƏMAS İsrail tərəfinin razılaşma şərtlərinə əməl etməməsini bəyan edərək, israilli girovların ikinci qrupunu sərbəst buraxmaqdan imtina edib.