ABŞ və İran danışıqlar prosesində mövqeyini razılaşdırmaq üçün atəşkəsin müddətinin uzadılması məsələsini nəzərdən keçirməyə meyillidir.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Onun sözlərinə görə, atəşkəs ilk dəfə elan olunanda Türkiyə tərəfi vurğuladı ki, bir çox mühüm məsələlər üzrə razılıq üçün iki həftə kifayət etməyə bilər.
Fidan Türkiyə üçün sülhün qorunmasının vacibliyini diqqətə çatdırıb və əlavə edib ki, həm ABŞ, həm də İran tərəfinin atəşkəsi uzatmaq niyyəti müşahidə olunur.
Eyni zamanda İsraildə də bəyan edilib ki, əgər Tehranla Vaşinqton arasında danışıqlar uğursuz olsa, hərbi variant istisna edilməyəcək.
İsrailin xarici işlər naziri Gideon Saar isə bildirib ki, danışıqlar nəticə verməzsə, hərbi addımların atılması imkanları nəzərdən keçiriləcək.
Əliyar Xəlil
Globalinfo.az