Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Daimi Komitəsində Azərbaycan ordusunun əsgəri Nəsimi Musayevin Ermənistanın Şəki kəndinə keçməsi məsələsi müzakirəyə çıxarılacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.
Bildirilir ki, müzakirənin Milli Təhlükəsizlik Xidməti ilə bağlı məqamlar nəzərə alınaraq qapalı formatda keçirilməsi mümkündür.
Deputatların hadisənin təfərrüatlarını aydınlaşdırmaq və baş verənlərlə bağlı izahat almaq məqsədilə hüquq-mühafizə orqanlarının nümayəndələrinə suallar ünvanlayacağı gözlənilir.
İclasın məqsədi Nəsiminin erməni ailəsinin evinə qədər gəlib çatmasının necə mümkün olduğunu və polisin hadisənin qarşısını niyə ala bilmədiyini aydınlaşdırmaqdır.
Xatırladaq ki, Ermənistan parlamentinin müxalifət fraksiyasının üzvü Geqam Manukyan daha əvvəl Şəki hadisəsi ilə bağlı parlamentin qətnamə layihəsi qəbul etməsini təklif etmişdi.
Əliyar Xəlil
Globalinfo.az