AA 20260105 40166848 40166842 DISISLERI BAKANI HAKAN FIDAN 900x646 1

ABŞİran danışıqlarında irəliləyiş müşahidə edirik”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“İranla ABŞ arasında müharibə təkcə regionumuza deyil, bütün dünyaya mənfi təsir göstərir. İranABŞ arasında aparılan danışıqlarda əldə olunan irəliləyişi məmnunluqla qarşılayırıq və ümid edirik ki, bu danışıqlar konkret nəticələr verəcək. Hörmüz boğazında gəmiçilik azadlığının bərpası və müharibədən əvvəlki vəziyyətə qayıdılması qlobal iqtisadiyyat, enerji və təhlükəsizlik baxımından zəruridir”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, Türkiyə Fars körfəzi bölgəsində nizamlanmaya kömək etmək üçün diplomatik səylərini gücləndirir:

ABŞ və İranla yanaşı, bu məsələ istiqamətində region ölkələri ilə də intensiv məsləhətləşmələr aparırıq. Bu kontekstdə Pakistanın davamlı atəşkəsin təmin edilməsi istiqamətində vasitəçilik səylərini yüksək qiymətləndirir və bu təşəbbüslərə effektiv dəstək verməyə davam edirik”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: