iran qezza 900x581 1

İran hazırda ABŞ ilə növbəti danışıqların keçirilməsini planlaşdırmır və əsas diqqətini ölkənin müdafiəsinə yönəldib.

Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai jurnalistlərə açıqlamasında bildirib.

“Hazırda danışıqların keçirilməsi ilə bağlı planımız yoxdur. Biz ölkənin müdafiəsinə diqqət yetiririk”, – deyə o vurğulayıb.

Bəqainin sözlərinə görə, ABŞ öhdəliklərini pozacağı təqdirdə İran da heç bir razılaşmaya əməl etməyəcək.

“Bu, hər zaman rəhbər tutacağımız prinsip olacaq”, – deyə XİN rəsmisi əlavə edib.

Onun sözlərinə görə, Tehran düşünür ki, ABŞ atəşkəs rejiminə əvvəldən riayət etməyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: