Hacı Şahinin Yutub kanalı ələ keçirildi – Bütün videolar silindi

Hacı Şahin Həsənlinin rəsmi Yutub kanalı kibercinayətkarların hücumuna məruz qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas bildirib.

O qeyd edib ki, kibercinayətkarlar kanalı ələ keçirib və oradakı bütün bütün videolar siliblər.

Hacı Şahinin səhifəsini idarə edən komanda da məlumat yayıb.

“Artıq Yutub kanalımız hakerlər tərəfindən ələ keçirilib. Hazırda hücumların zərərsizləşdirilməsi istiqamətində işlər aparılır. Tezliklə ictimaiyyətə məlumat veriləcək” – deyə məlumatda qeyd olunub.