Gürcüstandan Putinə məktub göndərildi: “Vizanı ləğv et”

Gürcüstanın “Sülh Naminə Həmrəylik” Partiyası Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

Globalinfo.az xəbər verir ki, partiya Putindən Gürcüstan vətəndaşları üçün viza rejiminin tam ləğvini tələb edib.

Bundan başqa partiya Rusiyada qalma müddəti bitən Gürcüstan vətəndaşları üçün də güzəştlərin edilməsini sözügedən ölkənin dövlət başçısından xahiş edib.

Qeyd edək ki, Rusiyanın 2008-ci ildə Gürcüstan ərazilərini işğal etməsindən sonra Tbilisi Moskva ilə diplomatik əlaqələrini tam dayandırıb. Son illər ölkələr arasında münasibətlər normallaşmağa başlayıb. 2023-cü ildə tərəflər birbaşa aviaəlaqələri yenidən bərpa edib. Gürcüstan hökumətinin bu addımı müxalifətin kəskin narazılığına səbəb olub.

Əliyar Xəlil
Globalinfo.az