Gümrüdə qumbara ilə silahlanmış şəxs polis binasına hücum etdi

Gümrüdə 27 yaşlı kişi əlində qumbara ilə polis idarəsinə girərək özünü partlatmaqla hədələyib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları ilə deyil, hökumətlə, ictimai sektorun nümayəndələri ilə problemləri olduğunu və hakimiyyətin siyasətinə qarşı çıxdığını etiraf edib.

Bildirilir ki, o, dərhal saxlanılıb və hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün cinayət işi başlanıb.