İsrailin Baş naziri Benyamin Natananyahu iyulun 27-si ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin dəftərxanasından məlumat verilib.
Məlumata görə, Natananyahu iyulun 28-də Ağ Evdə Trampla görüşəcək.
Qeyd edək ki, daha əvvəl Benyamin Natananyahunun ABŞ-a səfərinin iyulun sonuna təxirə salındığı bildirilmişdi. Buna səbəb İsrail hökumət başçısının iştirak etməli olduğu amerikalı senator Lindsi Qremə həsr edilən anım mərasiminin də ayın sonuna keçirilməsidir.
Əliyar Xəlil