
Göygöldə Yeni Qızılca kəndində bıçaqlanma hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, iki nəfər gənc bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Xəstəxanaya yerləşdirilən şəxslər 1991-ci il təvəllüdlü Rövşən Əli oğlu Orucov və 1998-ci il təvəllüdlü Mehman İlyas oğlu Orucovdur.
Faktla bağlı araşdırma aparılır.