
ABŞ-da göyərtəsində 10 nəfərin olduğu təyyarə radarlardan itib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
Bildirilib ki, “Bering Air” aviaşirkətinin təyyarəsi Alyaska səmasında yoxa çıxıb.
Hava gəmisinin əlverişsiz hava şəraiti səbəbindən qəzaya uğradığı ehtimallar arasındadır.