Ermənistanın Gorus şəhərində baş vermiş silahlı insidentlə bağlı bəzi təfərrüatlar prtaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “ArmLur” nəşri məlumat yayıb.
Qeyd olunub ki, partlayış nəticəsində həlak olan Gorus merinin sürücüsü Aren illərdir qohumları ilə məişət məsələləri üzündən mübahisə edirmiş. Xüsusilə Aren və qohumu Varujan Yolyan illərdir ki, əcdadlarının malikanəsini paylaşmaq üstündə münaqişəli imiş.
Hətta malikanə ilə bağlı iş məhkəməyə çatıb, lakin tərəflər məhkəmənin qərarını gözləməyiblər. Malikanəni paylaşmaq mövzusu qohumlar arasında o qədər dərinləşib ki, davaya çevrilib və hadisə zamanı qumbara atılıb. Hadisədə iki nəfər – Goris meri Aren və qohumu Varujan Yolyan ölüb.
***
Ermənistanın Gorus şəhərində silahlı insident baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə şəhərin mer müavini Artyom Ağacanyan məlumat yayıb.
Hadisə nəticəsində mer Aruş Aruşanyanın sürücüsü həlak olub.
Ermənistan Daxili İşlər Nazirliyi isə bildirib ki, qumbara partlaması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
Tahir Turan
Globalinfo.az