Gömrük postlarında gözləyən maşınların sayı azaldı

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 150 yük maşını gözləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Biləsuvar” gömrük postunda 60, “Mazımqara” gömrük postunda 68, “Samur” gömrük postunda 25 və “Xanoba” gömrük postunda 5 yük maşını var.

“AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır”, – deyə məlumatda qeyd edilib.