Gərginlik pik həddə: ABŞ-dan Çinə səfər

ABŞ Dövlət katibi Entoni Blinken Pekinə səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Politiko” qəzeti öz mənbələrinə istinadən yayıb.

Səfərin fevralın 5-i və 6-da baş tutacağı bildirilib.

Blinkenin Pekində Çin xarici işlər naziri Tsin Qanla görüşü nəzərdə tutulub.

Qeyd edək ki, son illər Çinlə ABŞ münasibətlərində gərginlik pik həddə çatıb. ABŞ artıq Çini özünə əsas təhdid elan edib. Digər tərəfdən isə Pekin son aylarda Tayvan istiqamətində fəaliyyətini aktivləşdirib ki, bu da ABŞ-ın iqtisadi maraqlarına təhlükə formalaşdırır. Vaşinqton artıq Tayvana hücum olacağı halda onu müdafiə edəcəyini bildirib.

Zaira Akifqızı
Globalinfo.az