Gərgin anlar: Şuşa aksiyası erməni parlamentini qarışdırdı

Ermənistan parlamentinin Laçın yolunun bağlanması ilə bağlı növbədənkənar iclasında gərgin anlar yaşanıb.

Globalinfo.az xəbər verir ki, iclas başladıqdan sonra gərginlik yaşanıb və müxalif deputatlar zalı tərk ediblər.

Müxalifətin belə davranışına səbəb parlamentin Laçın yolu ilə bağlı qəbul etməyi planlaşdırdığı bəyanat olub. Belə ki, deputatlar bəyanatda Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsinə və Laçın dəhlizinin bağlanmasına görə Azərbaycanın qınanmasına yer verilmədiyinə etiraz ediblər.

İclası tərk edən deputatlar əhalini etiraza səsləyiblər. Onlar 16:00-da etiraz aksiyası keçirəcəklərini bildiriblər.

Zaira Akifqızı
Globalinfo.az