“Tatoyanla debatdan çox qorxuruq, gecələri yatmırıq”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib.
O, jurnalistin “Arman Tatoyanla debatdan qorxursunuzmu, Nikol Paşinyan qorxurmu?” sualına zarafatla “Çox qorxuruq, gecələri yatmırıq, bir-birimizə zəng edib soruşuruq: sən də yatmamısan?” – deyirik.
Qeyd edək ki, Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan daha əvvəl Baş nazir Nikol Paşinyanı açıq debata dəvət edib. Dəqiq tarixi açıqlanmasa da, yanvar ayı üçün nəzərdə tutulan bu debata Paşinyan hökuməti cavab verməyib.
Safura Bənnayeva
Globalinfo.az