Gəncədə “bahalı” qəza – FOTOLAR

Gəncədə iki minik maşını toqquşub.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, hadisə 2 saylı “ASAN xidmət” mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes-Benz Gelandewagen” markalı minik maşını VAZ-2106 markalı nəqliyyat vasitəsinə arxadan çırpılıb. Qəzadan sonra “Mercedes-Benz Gelandewagen” yoldan çıxaraq aşıb.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobil yararsız hala düşüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.