Gələn ay Ukraynaya 4,5 milyard avro veriləcək

Avropa İttifaqı mart ayında Ukraynaya 4,5 milyard avro maliyyə yardımı edəcək.

Globalinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyen deyib.

“Avropa İttifaqı Ukraynaya ayırdığı 50 milyard avro məbləğində yardım paketinin bir hissəsini (4,5 milyard avro) Kiyev hökumətinə təqdim edəcək.  Bu barədə razılıq Ukraynanın baş naziri Denis Şmıqalla görüşdə əldə olunub”.

Ursula Von der Leyen Kiyev hökuməti ilə gələcək addımların müzakirə olunduğunu açıqlayıb.

“Biz Ukraynaya gələcək yardım paketinin məbləği ilə bağlı müzakirələr apardıq. Eyni zamanda ixracat və quru sərhədləri ilə bağlı problemlərin necə həll olunacağına dair müzakirələr etdik”, – Von der Leyen vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az