Fransız diplomatdan inanılmaz Ərdoğan etirafı: “Hamımız ayağını…”

Fransada fəaliyyət göstərən LCI kanalının əməkdaşı Darius Roşebin Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı diqqətçəkən açıqlama verib.

Globalinfo.az Teleqraf.com-a istinadla axəbər verir ki, jurnalist sosial mediada adını çəkmədiyi bir fransız diplomatın Ərdoğanla bağlı etirafını paylaşıb.

Roşebin bildirib ki, NATO-ya Türkiyə lideri rəhbərlik edir və onun devriləcəyi ilə bağlı bütün proqnozlar alt-üst olub.

“Vilnüsdə hamımız onun ayağını yalayacağıq” – bu, bir fransız diplomatının kobud etirafıdır. Ərdoğan Zelenskini qəbul etdi, yaxın vaxtlarda Putinlə də görüşəcək və İsveçin NATO-ya üzvlüyü üçün prosesi o müəyyənləşdirir. Ərdoğan 20 ildir hakimiyyətdədir, çevriliş cəhdindən salamat çıxıb. Onun devriləcəyi ilə bağlı bir çox proqnozlar puça çıxdı”, – fransız jurnalist bildirib.