“Fransa Hərbi Dəniz Qüvvələri Rusiyadan gələn “Tagor” tankerini Atlantik okeanında saxlayıb”.
Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
Onun sözlərinə görə, əməliyyat mayın 31-i səhər saatlarında açıq dənizdə həyata keçirilib:
“Əməliyyata Böyük Britaniya da daxil olmaqla bir sıra tərəfdaş ölkələr dəstək verib və bütün addımlar beynəlxalq dəniz hüququna uyğun atılıb”.
Fransa lideri qeyd edib ki, beynəlxalq sanksiyalardan yayınan, dəniz qanunlarını pozan və Ukraynadakı müharibənin maliyyələşdirilməsinə xidmət edən gəmilərə göz yumulmayacaq.
Onun sözlərinə görə, belə tankerlər həm ətraf mühit, həm də dənizdə hərəkət edən insanlar üçün təhlükə yaradır.
Xatırladaq ki, mart ayında Fransa Hərbi Dəniz Qüvvələri Murmanskdan çıxan və Mozambik bayrağı altında üzən “Deyna” tankerini də saxlamışdı. Gəmi yoxlama üçün Marsel limanına yönləndirilmişdi. Həmin vaxt Rusiyanın Fransadakı səfirliyi saxlanılma ilə bağlı rəsmi bildiriş almadığını açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az