Screenshot 20240707 224721 Chrome

Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə, siyasi bloklardan heç biri 289 mandatın mütləq əksəriyyətini əldə edə bilmir.

Globalinfo.az xəbər verir ki, bu məlumatı BFMTV telekanalı yayıb.

Bildirilib ki, “Yeni Xalq Cəbhəsi” solçu alyansı Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunda Milli Assambleyada (parlamentin aşağı palatası) 175-dən 205-ə qədər yer qazanaraq liderlik edir. Eyni zamanda, “Respublika Naminə Birgə” prezident koalisiyası 150-dən 175-ə qədər, sağçı “Milli Mitinq” partiyası isə 115-dən 150-yə qədər mandata malikdir.

Məlumata görə, növbədənkənar seçkilərin ikinci turunda iştirak 67%-i keçib. İyunun 30-da baş tutan birinci turda bu göstərici 66,7% olub.

Globalinfo.az

Paylaş: