Fransa fələstinli qaçqınlara yardımı dayandırdı

Fransa BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) oktyabrın 7-də HƏMAS-ın İsrail şəhərlərinə hücumunda iştirak etdiyinə dair məlumatlar fonunda qurumu maliyyələşdirməyi müvəqqəti dayandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin məlumatında yayıb.

“Fransa 2024-cü ilin birinci yarısında heç bir əlavə ödəniş etməyi planlaşdırır”, – məlumatda bildirilir.

Qeyd edilib ki, 2023-cü il üçün Paris agentliyə “demək olar ki, 60 milyon avro” ayırıb.