“Trident” komandasının pilotu Con Bennett “Formula 2” üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
Globalinfo.az bildirir ki, sürücü ikinci əsas yarışdan kənarda qalıb.
Buna onun bolidinin 1-ci döngədə qəza törətməsi səbəb olub.
Nəticədə trasa təhlükəsizlik maşını çıxıb.
***11:04
Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarış başlayıb.
Globalinfo.az bildirir ki, mübarizəyə saat 11:00-da start verilib.
Ötən gün “Formula 2″də “Dams Lukas Oil” komandasından Dino Beqanoviç sprint, “Rodin Motorsport”dan Aleks Dann birinci əsas yarışın qalibi olub.
Qeyd edək ki, “Formula 1″də əsas yarış bu gün saat 15:00-da start götürəcək.






