nXyUj5nEP6VLCv0GIbGt8OEMB4e9gqFbiKhpipEw 1200.jpg

“Alpin” pilotu Pyer Qasli Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisində cəzalandırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Qərarı Beynəlxalq Avtomobil Federasiyasının (FIA) stüardları qəbul ediblər. Bildirilib ki, sürücünün bolidi sıralama turunda icazə verilən yanacaq sərfiyyatını aşıb.

Bu səbəbdən o, diskvalifikasiya olunub. Qasli sıralama turunda 13-cü yeri tutsa da, əsas yarışa sonuncu – 20-ci sırada start verəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisinin əsas yarışı saat 15:00-da başlayacaq.

Paylaş: