Fidandan Qəzza açıqlaması: “Əsas hədəf budur”

“İsrail və İran arasındakı gərginlik Qəzzadakı vəziyyətdən diqqəti yayındırmamalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin birinci prioriteti İsrailin Fələstin ərazilərinin işğalına son qoymaq olmalıdır.

İstanbulda Misirin xarici işlər naziri Sameh Şükri ilə görüşündə Hakan Fidan İran və İsraili təmkinli olmağa çağırıb.

“Yaxın Şərqdə qeyri-sabitliyin əsas səbəbi İsrailin Fələstin ərazilərini işğal etməsi və Qərbin İsraili dəstəkləməsidir. Bizi bu faktdan yayındıra biləcək hər hansı bir hadisə nəzərə alınmamalıdır. Əsas prioritetimiz İsrailin Fələstinin işğalına son qoymasına və iki dövlətli həll prinsipinə nail olmaqdır”, – Fidan vurğulayıb.

O, həmçinin Şükri ilə Qəzzaya daha çox humanitar yardım göndərmək məsələsini müzakirə edib.

Öz növbəsində Misirin xarici işlər naziri Sameh Şükri bölgədə davam edən gərginliklə bağlı narahatlığını ifadə edib.

Əliyar Xəlil
Globalinfo.az