Fidandan Putin-Ərdoğan görüşü haqda açıqlama – YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla danışıqların Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Soçidə keçiriləcək görüşünə hazırlıq olduğunu bildirib.

“Müzakirə etdiyimiz məsələlər iki liderin qarşıdakı görüşünə hazırlıqdır. Biz “Taxıl sazişi”nin bərpası və Ukraynada dinc yolla ədalətli sülhün bərqərar edilməsi məsələlərini müzakirə etdik”, – deyə diplomat bildirib.

***17:23

Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya və Türkiyə prezidentlərinin Soçidə görüşəcəklərini bildirib.

Globalinfo.az xəbər verir ki, o bu barədə rusiyalı həmkarı Lavrovla görüş zamanı deyib.

Qeyd edək ki, Türkiyə mediası Putin-Ərdoğan görüşünün sentyabrın 4-də Soçidə keçiriləcəyi barədə məlumat yayıb.