6894f7153e9b66894f7153e9b717545930456894f7153e9b46894f7153e9b5

Türkiyənin xarici işlər naziri Hakan Fidan öz “X” hesabında Dəməşqdə Suriya Prezidenti Əhməd əş-Şaraa ilə görüşü ilə bağlı paylaşım edib.

Globalinfo.az xəbər verir ki, o, paylaşımda qeyd edib:

“Hər dəfə səfər etdiyim zaman mən şəxsən Suriyanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri müşahidə edirəm. Bu gün cənab əl-Şəraa ilə görüşdə biz bir çox məsələləri, o cümlədən ticarət, investisiya, nəqliyyat və enerji məsələlərini müzakirə etdik. Suriyanın yenidən qurulmasına yönələn potensial ikitərəfli və regional addımları qiymətləndirdik. Görüş zamanı təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirildi. Suriyanın suverenliyinə və siyasi vahidliyinə qarşı həm daxili, həm də xarici təhdidləri müzakirə etdik”.

Paylaş: