fener

“Fənərbaxça”da 6–7 iyun tarixlərində keçiriləcək seçkilər öncəsi prezidentliyə namizədliyini ilk elan edən şəxs Barış Göktürk olub.

Globalinfo.az  xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, “Fənərbaxça”da prezidentlik uğrunda mübarizəyə artıq iki namizəd qoşulub — Mehmet Ali Aydınlar və Barış Göktürk.

Hər iki namizədin yaxın günlərdə öz layihə və proqramları ilə klub ictimaiyyətinin qarşısına çıxacağı gözlənilir.

Namizədlərin rəsmiləşməsi ilə birlikdə “Fənərbaxça”da seçki prosesi də faktiki olaraq start götürüb.

Qarşıdakı günlərdə digər namizədlərin də yarışa qoşulması mümkündür.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: