baki 9 900x506 1

“Prezident ilham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahat nəticəsində ölkədə makroiqtisadi sabitliyin qorunması, qeyri-neft–qaz sektorunun inkişafı və məşğulluğun genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Sosial büdcənin gəlir bazasının möhkəmləndirilməsi və sosial öhdəliklərin dayanıqlı maliyyələşdirilməsi də iqtisadi siyasətin əsas prioritetlərindəndir”.

Globalinfo.az Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

O qeyd edib ki, dünyada baş verən mənfi proseslərin iqtisadiyyata təsirlərinə baxmayaraq, cari ilin ilk 9 ayında Azərbaycanın ümumi daxili məhsulu 1,5 faiz artıb:

“Neft–qaz sektorunda 1,2 faiz azalma qeydə alınsa da, qeyri-neft-qaz sektorunda 2,6 faiz artım olub. Bu, əsasən emal sənayesi, nəqliyyat və rəqəmsal xidmətlər hesabına təmin edilib. Belə ki, qeyri-neft-qaz sənayesi 6,3 faiz, nəqliyyat 10 faiz, informasiya və rabitə sahəsi isə 11,1 faiz artıb.

İqtisadi fəallığın göstəricilərindən biri olan investisiya qoyuluşlarında da müsbət dinamika müşahidə edilib. Cari ilin 9 ayında əsas kapitala investisiyalar real ifadədə 10,9 faiz, qeyri-neft-qaz sektorunda özəl investisiyalar isə təxminən 21 faiz artıb. Bu vəsaitlərin yeni istehsal və xidmət sahələrinin yaranmasına, regionlarda iqtisadi fəallığın və məşğulluğun genişlənməsinə şərait yaradıb”.

Nazir müavini bildirib ki, əıhalinin gəlirlərində də artım qeydə alınıb:

“Orta illik inflyasiya nəzərə alınmaqla real gəlirlər 3,7 faiz yüksəlib. Sentyabrda 12 aylıq inflyasiya 5,5 faiz təşkil edərək Mərkəzi Bankın hədəf diapazonunda qalıb. Əmək bazarındakı müsbət dəyişikliklər sosial sığorta sisteminin maliyyə dayanıqlığına da təsir göstərib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,5 faiz artaraq 5 milyard manata çatıb, proqnoz isə 105,6 faiz icra olunub.

Sosial sığorta daxilolmalarının artması Dövlət Sosial Müdafiə Fondunun maliyyə imkanlarını gücləndirib. Nəticədə Fondun gəlirlərində dövlət büdcəsindən ayrılan vəsaitlərin payı 2018-ci ildəki 36 faizdən cari ilin ilk 9 ayında 20 faizə enib. Bu göstəricinin sosial sığorta sisteminin öz gəlirləri hesabına maliyyələşmə imkanlarını genişləndirib”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: