pasinyan teyyare

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyədə keçiriləcək COP31 iqlim sammitində iştirak etmək niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bu barədə o, hökumətin iclasından sonra brifinqdə danışıb.

“COP-da iştirak etmək üçün Antalyaya yollanmaq planlarım var”, – o bildirib.

Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antalya şəhərində keçiriləcək. Tədbir çərçivəsində liderlər sammiti isə noyabrın 11-12-də təşkil ediləcək.

Paylaş: