Fələstin İsraillə atəşkəsi uzatmağa hazırdır

“Fələstin tərəfi Qəzza zolağında İsraillə atəşkəsi uzatmağa hazırdır”.

Globalinfo.az Report.az-a istinadən xəbər verir ki, bunu HƏMAS Siyasi Bürosunun üzvü Qazi Həməd bildirib.

Onun sözlərinə görə, Fələstin hərtərəfli və ya qismən saziş bağlamağa razıdır:

“Əgər hərtərəfli razılıq əldə olunarsa, israilli hərbi əsirlər həbsdə olan fələstinli əsirlərlə dəyişdiriləcək. Əgər qismən razılıq əldə olunarsa, bu, yalnız mülki şəxslərə təsir edəcək”.