2022 04 03 21 35 33T9n8Ds14cYtuRnzsj5jA file 1

“Dünən üç saatdan artıq çəkən son əməliyyatdan sonra yaralarıma tikiş qoyuldu”.

Globalinfo.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib.

O, hər şey yaxşılığı doğru getdiyini bildirib:

“Allah həkimlərimizdən və tibb personalımızdan razı olsun. Bu günlərdə sağlıq durumumla bağlı narahatlıq keçirən, dualarını əsirgəməyən bütün duyarlı insanlarımıza təşəkkür edirəm. Müalicə və reabilitasiya prosesi davam edir, inşallah yaxın vaxtlarda yenə də qaldığımız yerdən mübarizəmizə davam edəcəyik. Allah millətimizi və dövlətimizi qorusun!”.

Qeyd edək ki, martın 28-i saat 21:51 radələrində Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında sui-qəsd törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: