2a3d6d6c172016579925481531210828408

İranda hakimiyyət dəyişikliyindən sonra Ermənistana münasibət dəyişməyəcək.

Globalinfo.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani jurnalistlərin azərbaycanlı Məsud Pezeşkianın seçkidə qalib gəlməsindən sonra Tehranın İrəvana münasibətinin dəyişib-dəyişməyəcəyi ilə bağlı suallarını cavablandırarkən deyib.

“İranın Ermənistana münasibəti prinsipialdır və əməkdaşlığın genişlənməsi, qarşılıqlı fəaliyyət və inkişafa istiqamətlənib. Bu siyasət dəyişməyəcək”.
O, İranda çoxlu etnik qrupların olduğunu, amma bunun İranın milli siyasətinə təsir etmədiyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: