Ermənistanı müharibəyə hazırlaşdırırlar

Hindistanın “Munitions India Limited” şirkətinin prezidenti “Cənubi Qafqaz ölkələrindən birindən” hansısa silahın modifikasiyası üçün sifariş aldığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Məlumatda söhbətin hansı ölkədən getdiyi bildirilməsə də, böyük ehtimalla Ermənistan nəzərdə tutulur.

Digər bir hind firması olan “Bharat Forge” isə ilin ilk kvartalında rekord müdafiə silahları satışı barədə məlumat verib. Məlumatda həmçinin Ermənistana “MArG” və ATAGS haubitsalarının tədarükü də öz əksini tapıb.

Tamerlan Yayaqan
Globalinfo.az