Təcili! Erməni hərbi texnikaları sərhədə yığılır – Böyük əməliyyat başlayır?

İranın aylardır Ermənistanı təhrik etdiyi insidentin əlamətləri görünür.

Globalinfo.az xəbər verir ki, “Caliber” Ermənistanın Laçın istiqamətinə sürətlə ağır texnika və çoxsaylı canlı qüvvə cəmləşdirdiyi haqda məlumat yayıb.

“Ermənistan hazırda artilleriya və zirehli texnikadan istifadə edir. İrəvan böyük hərbi əməliyyata hazırlaşır”, – məlumatda bildirilib.

Qeyd edək ki, az öncə Laçın istiqamətində, Dığ kəndi yaxınlığında ermənilərin təxribatı nəticəsində Ordumuz şəhidlər verib və yaralılarımız var. Ordumuz cavab tədbirləri görür.