Ermənistanda tarixi rekord: Paşinyan gəldikdən sonra…

Ermənistanın dövlət borcu 10,1 milyard dollara çatıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Ermənistanın Maliyyə Nazirliyi yayıb.

Məlumata görə, cari ildə ölkənin daxili borclanması 56%, xarici borcu isə 9% artıb. Nəticədə xarici borc 6,1 milyard dollara, daxili borc isə 3,9 milyard dollara çatıb. Bununla belə xarici borcda hökumətin payı 91,2% təşkil edib.

Qeyd edək ki, Paşinyanın hakimiyyətə gəlməsindən indiyə qədər Ermənistanın dövlət borcu 3,5 milyard dollar artıb. Bu da Ermənistanın ümumi borcunun üçdə birini təşkil edir. Sələflərindən fərqli olaraq Paşinyan daxili borclanma hesabına dövlət borcunu artırır.

İlkin
Globalinfo.az