WhatsApp Image 2024 09 12 at 14.53.04

Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş sədri, sabiq ədliyyə naziri Hrayr Tovmasyanın məhkəməsində maraqlı anlar yaşanıb. 

Globalinfo.az xəbər verir ki, sabir nazir məhkəmə zalında müdafiəsini səsləndirərkən cinayət işinə baxan hakim yatıb.

Bu zaman Tovmasyan hakimə səslənərək məhkəməyə fasilə verilməsini istəsə də, “ədalət təmsilçisi” davam etməsini söyləyib. Tovmasyan bir daha 3 dəqiqə dincəlmək üçün icazə istəyib və bu zaman da rədd cavabı alıb.

Həmin anlar sosial şəbəkələrin erməni seqmentində müzakirələrə səbəb olub.

Qeyd edək ki, Hrayr Tovmasyan vəzifədən sui-istifadə etməkdə ittiham olunur.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: