ABŞ Ermənistana 20,6 milyon dollar həcmində maliyyə dəstəyi ayıracaq.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Həmin vəsaitin hökumətdəki reformlar üçün xərclənəcəyi bildirilib. Məlumata görə, bu məbləğ USAİD vasitəsilə ödəniləcək.
Pulun həmçinin Ermənistanda kibertəhlükəsizliyin artırılması, sərhədlərin qorunması və enerji təhlükəsizliyi üçün də xərclənəcəyi deyilib.
Qeyd edək ki, bundan öncə USAİD Ermənistana yaradımlarını 2 dəfə artıraraq 250 milyon dollara çatdıracağını açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az