ABŞ Ermənistana yenidən maddi yardım ayırdı – Məbləğ

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana 33 milyon dollar məbləğində yardım ayırıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə agenlik özü məlumat yayıb.

Yardımın Qarabağdan köçən erməni əhaliyə dəstək, enerji sektorunu gücləndirmək, ərzaq təhlükəsizliyi problemlərinə qarşı mübarizə aparmaq, iqtisadi sabitliyi, rəqəmsal idarəetməni, regional inteqrasiyanı təşviq etmək və insan haqlarını qorumaq məqsədi ilə ayrıldığı bildirilir.

Məlumata görə, ABŞ 1992-ci ildən bu günə kimi Ermənistana ümumilikdə 3,3 milyard dollar sərmayə qoyub.

Ayşən Mustafa
Globalinfo.az