İrəvan KTMT-nin Skopye görüşündən də imtina etdi

ATƏT Xarici İşlər Nazirləri Şurasının keçirdiyi Şimali Makedoniyanın paytaxtı Skopyedə baş tutan Kollektiv Təhlükəsilzik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrə nümayəndələrinin növbəti işçi görüşündə Ermənistan iştirak etməyib.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Qeyd edək ki, Ermənistanı ATƏT-in nazirlər toplantısında xarici işlər naziri Ararat Mirzoyan təmsil edir.