İlham Əliyevin Macarıstana rəsmi səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri yanvarın 30-da başa çatıb.

Globalinfo.az xəbər verir ki, Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Macarıstanın iqtisadi inkişaf naziri Marton Nagy, Macarıstan Prezidenti Ofisinin rəhbəri Gergely Ekler və digər rəsmi şəxslər yola saldılar.