“Ermənistanda aksiyası iştirakçıları infrastruktura ciddi ziyan vurublar”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, “Vətən naminə Tavuş” hərəkatının keçirdiyi aksiyaların iştirakçıları itaətsizlik göstərərək hətta yoldakı insanlara və avtomobillərə hücum edirlər, vətəndaşların əmlakına ziyan vururlar.
Məlumata görə bu haqda xeyli sayda vətəndaş şikayətləri var və polis hərəkatın xuliqanlıq törədən üzvləri barədə araşdırma aparır. Ermənistan İstintaq Komitəsi isə etirazçılara xəbərdarlıq edərək onları nizam-intizama səsləyib.
Müşviq Tofiqoğlu
Globalinfo.az